Kimya-biologiya-fizika fənn aylığı çərçivəsində Zoologiya muzeyinə ekskursiya təşkil olunub

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə biologiya fənn aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Aylığın Tədbirlər Planına uyğun olaraq aprelin 23-də biologiya müəllimi Quliyeva Suqra 8b sinfi ilə Zoologiya muzeyinə ekskursiya təşkil edib.
#191mekteb #ElmVəTəhsilNazirliyi #MÜTDA #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb191 #Məktəb #Fənnaylığı #Ekskursiya #Biologiyaaylığı