"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Türk tarixinə səyahət" mövzusunda dərs keçirilib

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə həyata keçirilən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində hazırlanmış tədbirlər planına uyğun olaraq aprelin 24-də uşaqlarla tarix müəllimi Zeynəb Əkbərovanın təşkilatçılığı ilə 7a sinfində "Türk tarixinə səyahət" mövzusunda dərs keçirildi. Məqsəd şagirdləri türklərin tarixi ilə tanış etmək, torpaqlarımıza, abidələrimizə virtual səyahət etməkdir.
#Məktəb191 #Şagird #Təhsil #191məktəb #BakuEduAz #Fəalməktəb #Müəllim #Layihə #EduGovAz #BakıŞəhərTəhsilİdarəsi