Türkiyənin Koç Ortaokulu ilə Beynəlxalq Dostluq Layihəsinə start verildi

Şagirdlər arasında beynəlxalq dostluq əlaqələrinin qurulması, qlobal vətəndaşlıq düşüncəsinin və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərin daha yaxından tanınması, dil, üslub və yazı bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Bursa şəhərində yerləşən Koç Ortaokulu ilə Dostluq layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyənin Bursa şəhərində yerləşən Koç Ortaokulunun 6-cı sinif şagirdləri məktəbimizin 6-cı sinif şagirdlərinə tanışlıq məktubları göndəriblər. Məktublar böyük maraq və sevinclə qarşılanıb. Şagirdlər cavab məktublarının yazılmasına artıq başlayıblar.
Layihə çərçivəsində şagirdlər müxtəlif mövzularda hər iki ölkənin mədəniyyətlərini, milli-mənəvi dəyərlərini və müxtəlif təhsilyönümlü fəaliyyətləri bölüşəcəklər.
#Məktəb191 #MÜTDA #BŞTİ #Təhsil #BakıTəhsilİdarəsi #AzEdu #Fəalməktəb #Tədbirlərplanı #Şagird #Müəllim #191məktəb #MəktəblərarasıƏməkdaşlıq #DostluqKörpüsü #ŞagirdƏməkdaşlığı #BursaMəktubları #BeynəlxalqDostluq