Olimpiadanın məktəb turu keçirildi

19 noyabr 2018-ci il tarixdə 191 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarına şagirdlərin məktəb üzrə seçim turu keçirildi. Keçirilən bilik yarışında V-XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı , riyaziyyat, ingilis dili, tarix, kimya, fizika, biologiya fənlərindən seçdikləri fənn üzrə biliklərini nümayiş etdirdilər. Bilik yarışından sonra məktəbdə keçirilmiş metodbirləşmə iclaslarında cavablar yoxlanaraq müzakirə edildi. Yüksək nəticə qazanmış şagirdlər olimpiadanın rayon turunda iştirak edəcəklər.