5a sinfi “Heraklın 12 qoçaqlığı” kitabının müzakirəsini aparırdılar

191 nömrəli məktəbdə “Həftəyə bir kitab” layihəsi çərçivəsində məktəbin kitabxana müdiri Zenfira Kərimovanın təşkilatçılığı ilə siniflər üzrə bədii ədəbiyyatların oxunub müzakirə edilməsi davam edir. 15 dekabr tarixində 5a sinfi “Həftəyə bir kitab” layihəsində iştirak etdilər. Şagirdlər “Heraklın 12 qoçaqlığı” kitabının müzakirəsini aparırdılar. Çıxışlarından aydın olurdu ki,çagirdlər oxuyub-anlama, qarşılıqlı dinləmə, deyilən fikirlərə səbirli münasibət bildirmə, fikirlərini əsaslandırma qabiliyyətlərinə malikdirlər. Hiss olunurdu ki, onlar daim mütaliə ilə məşğuldurlar. Şagirdlərin nitqi aydın, səlis və ravn idi. Əsərin hansı ədəbi növə və janra məxsus olduğunu da əsaslandırdılar. Şagirdlər bildirdilər ki, bədii ədəbiyyat onları tərbiyələndirir, eyni zamanda zövq verir.