"Şagird davranış qaydaları" layihəsi çərçivəsində fərqlənən şagirdlər təltif olunub

Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində pilot olaraq “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq olunur. 2024-2025-ci tədris ilində məktəbimiz də bu layihəyə qoşulub. Layihə çərçivəsində nümunəvi davranışı ilə seçilən V-IX sinif şagirdləri iyunun 11-də məktəb rəhbərliyi tərəfindən təltif olunublar.
#191mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ŞagirdDavranışQaydaları #NümunəviŞagirdlər