“Sağlam həyat tərzi” mövzusunda sağlam həyat üçün qidalanmanın əhəmiyyəti

“Ekologiya və Sağlamlıq” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda məktəbimizdə 17 may tarixində “Ən yaxşı təqdimat” nominasiyası üzrə müsabiqə keçirilmişdir. Şagirdlər mövzu ətrafında hazırladıqları təqdimatları nümayiş etdirmişlər. Məmmədova Aytac “İdman və Sağlamlıq”, Əlili Fatimə “Sağlam həyat üçün qidalanmanın əhəmiyyəti”, Novruzlu Ləman “Şüalanma və onun mənfi təsirləri”, İsmayılova Jalə “ Şüalanmadan qorunmaq yolları” Veysoya Jalə və Veysova Lalə “Sağlam həyat və sağlam gələcək”, Əflaki İlahə “Sağlam həyat tərzi” mövzusunda çıxışlar etdilər. Şagirldər bu mövzuların onların sağlamlığı üçün əhəmiyyətini başa düşdüklərinə görə olduqca maraqlı təqdimatlar hazırlamışdılar.