Azerbaycan karate Federasiyasının yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş “Budapeşt Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Turnirin ilk günündə karate üzrə yeniyetmə oğlanlar arasında (14-15) (+70 kq) çəki dərəcəsində məktəbimizin 10 a sinifimizin Səfərəliyev Raul fəxri kürsünün ll pilləsinə qalxıb. Şagirdimizi təbrik edir, ona uğurlar arzu edirik.
Məktəbimizin 9 b sinif şagirdi Fərid Ağayev İsveçrənin Surix şəhərində keçirilən Karate üzrə Avropa çempionatında həm fərdi və həm də komanda halında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Fəridi ürəkdən təbrik edir, ona daha böyük qələbələr arzulayırıq. Əminik ki, gələcəkdə Fərid hətta Olimpiya çempionatında doğma Azərbaycanımızı təmsil edəcək və Azərbaycan bayrağını ucalara yüksəldərək bizləri qürurlandıracaq.