22/02/2024 cü il tarixdə 189-190 nömrəli tam orta məktəbdə Müdafiə və Elm və Təhsil Nazirliklərinin birgə təşəbbüsü ilə hərbi vətənpərvərlik mövzüsunda tədbir keçirildi. Tədbirdə "İnnovativ Təşəbbüslər" ictimai birliyinin sədri Əşrəf Əhmədov, ehtiyatda ol

22/02/2024 cü il tarixdə 189-190 nömrəli tam orta məktəbdə Müdafiə və Elm və Təhsil Nazirliklərinin birgə təşəbbüsü ilə hərbi vətənpərvərlik mövzüsunda tədbir keçirildi. Tədbirdə "İnnovativ Təşəbbüslər" ictimai birliyinin sədri Əşrəf Əhmədov, ehtiyatda olan polkovnik-leytenant Firdovsi Xəlilov, Şuşa fatehləri Şərbət Mahmudov və Xəzər Maqsudlu iştirak etdilər.

Hərbi vətənpərvərlik mövzüsunda videoçarxlar, təqdimatlar nümayiş olundu. Firdovsi Xəlilov, Əşrəf Əhmədov, məktəbin direktoru Fayaz Hüseynov çıxış edərək vəzifəsindən, peşəsindən asılı olmayaraq hər birimizin əsgər olaraq borcumuzun və vəzifəmizin vətənimizi sevmək, onun üçün vicdanla, məsuliyyətlə çalışmaq, vətənin keşiyində durmaq olduğunu qeyd etdilər. . Sonra Şuşa Fatehləri Şərbət Mahmudov və Xəzər Maqsudlu döyüş yollarından, Şuşanın azad olmasından, ilk şəhərə daxil olan əsgərlər arasında olmağın qürurverici anlarından danışdılar. Sonda şagirdlərin və müəllimlərin maraqlı sualları cavablandırıldı.

Tədbirin keçirilməsində məqsəd şagirdlərimizdə vətənpərvərlik, qəhrəmanlıq vətəndaşlıq hislərinin aşılanması olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi