Məktəbimizin 4 a sinif şagirdləri "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi tədbirində iştirak edərək Bədəlova Nurcan 2-ci yerə laiq Şahbazlı Lətifə isə iştirakçı sertifikasiyasına laiq görülmüşdür. 3 aprel 2025-ci il tarixin

Məktəbimizin 4 a sinif şagirdləri "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi tədbirində iştirak edərək Bədəlova Nurcan 2-ci yerə laiq Şahbazlı Lətifə isə iştirakçı sertifikasiyasına laiq görülmüşdür. 3 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbir çərçivəsində "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan tədbirin əsas məqsədi uşaqlara mina təhlükəsizliyi barədə biliklərin aşılanması, onların təhlükəsizlik anlayışının formalaşdırılması və bu istiqamətdə yaradıcı potensiallarının inkişaf etdirilməsi olub. Mina təhlükəsizliyi mövzusunda maarifləndirməni yaradıcı yanaşma ilə uşaqlar arasında genişləndirmək məqsədilə rəsm, heykəltaraşlıq, video və süni intellekt (AI) vasitəsilə yaradılan qrafik dizayn nominasiyaları üzrə keçirilən "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinə məktəblilər tərəfindən təqdim olunan 100-dən çox rəsm, heykəltaraşlıq, süni intellekt ilə yaradılmış qrafik dizayn, mina təhlükəsi ilə bağlı maarifləndirici vizual materiallar, fotoşəkil və digər yaradıcılıq nümunələri və innovativ yanaşmalar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi