Tarix Kafedrasının Müəllimləri "Konstitusiya və Suverenlik İli"nə Həsr Olunmuş Tədbir Keçirdilər 19 may 2025-ci il tarixində məktəbin tarix kafedrasının müəllimləri Nailə müəllim, Samirə müəllim, Sevil müəllim və metodbirləşmə rəhbəri Lalə müəllimin işti

Tarix Kafedrasının Müəllimləri "Konstitusiya və Suverenlik İli"nə Həsr Olunmuş Tədbir Keçirdilər 19 may 2025-ci il tarixində məktəbin tarix kafedrasının müəllimləri Nailə müəllim, Samirə müəllim, Sevil müəllim və metodbirləşmə rəhbəri Lalə müəllimin iştirakı ilə tədbir keçirildi. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur, bununla bağlı şagirdlər bu mövzüda hazırladıqları təqdimatları nümayiş etdilər. Bu ilin "Konstitusiya və Suverenlik İli" adlandırılmasının xüsusi əhəmiyyəti var. Belə ki, bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü, eyni zamanda torpaqlarımızın azad olunmasının və suverenliyimizin bərpasının 5-ci ildönümü qeyd olunur. Bu iki mühüm tarixi hadisənin bir araya gəlməsi bu ili xüsusilə əlamətdar edir. Tədbirin sonunda məktəbin direktoru fəal iştiraklarına görə bütün şagirdlərə və müəllimlərə öz təşəkkürünü bildirdi və onlara təşəkkürnamələr təqdim etdi. Bu tədbir gənc nəslin milli dəyərlərə, konstitusiyaya və suverenliyə olan hörmətini aşılamaqda mühüm əhəmiyyətə malik oldu.