19 mart 2024-cü il tarixdə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi.
19 mart 2024-cü il tarixdə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fayaz Hüseynov bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə kollektivi təbrik edib, Tədbir ADMİU-nun "Sosial-mədəni fəaliyyət" kafedrasının baş müəllimi psixologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ceyran Kuliyevanın təşəbbüsü və təşkilatçılığı və təcrübəçi tələbələrin iştirakı ilə həyata keçirilmişdir. Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu vurğuladı. Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Tədbirdə 10 c, 8 a, 9a sinif şagirdlərinin ifasında mahnılar səslənmiş,rəqs nömrələri nümayiş etdirilmişdir. Kosa və Keçəlin gəlişi məclisə daha da gözəllik qatmışdır. Bayram tədbiri - birliyi və həmrəyliyi təcəssüm etdirən "Yallı" rəqsi ilə yekunlaşmışdır.