189-190 №li tam orta məktəbin 3A sinif şagirdləri (müəllim.H.Aygün)14.03.2024-cü il tarixində Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən start verilən “Valideyn-müəllim-şagird”sosial media layihəsi çərçivəsində, həmin sinfin şagirdi BədəlovaNurcanın valide

189-190 №li tam orta məktəbin 3A sinif şagirdləri (müəllim.H.Aygün)14.03.2024-cü il tarixində Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən start verilən “Valideyn-müəllim-şagird”sosial media layihəsi çərçivəsində, həmin sinfin şagirdi BədəlovaNurcanın valideynlərinin iş fəaliyyəti ilə tanış olmaq məqsədilə OD MEDİA-PRODUCTİON-nun qonağı oldular.

Rejissor Seyran Bədəlov, ssenari müəllifi Esmira Bədəlova-Məmmədova və montaj rejissoru Elşən Əliyev uşaqlara kino aləminə kiçik ekskursiya təşkil edərək, şagirdlərə sinemanınyaranma tarixindən, ağ-qara filmlərdən başlayaraq kinematoqrafın günümüzədək keçdiyi inkişaf mərhələlərindənqısaca məlumat verildi. Uşaqlara köhnə proektorlaanimasiya filmi göstərildi, çəkiliş texnikası ilə əyani tanış olmaq imkanı yaradıldı. Bundan başqa, şagirdlər kamera qarşısında kiçik səhnəcik canlandıraraq həmin epizodun montaj prosesini müşahidə etdilər və nəhayət ərsəyə gələn materialı izlədilər.

Bu layihənin məqsədi uşaqlara peşə və sənətləri sevdirmək, gələcəkdə peşə və sənət seçməkdə çətinlik çəkməyəcəklərinə nail olmaqdır. Şagirdlər layihənin davamı olaraq digər valideynlərin də iş təcrübələri ilə tanış olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi