"Narkotikə yox deyirik" adlı tədbir keçirildi

14 fevral 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə məktəbdə “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, “Azərbaycan Respublikası Narkoloji Mərkəz” Publik Hüquqi Şəxsin həkim-narkoloqu Rövşən Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin klinik-psixoloqu Ofelya Məmmədova, valideynlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.

Tədbirdə çıxış edən Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Rövşən Kərimli, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının klinik-psixoloqu Ofelya narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən, narkomaniyanın cəmiyyətimizin mənəvi, əxlaqi dəyərlərini sarsıtdığını, sosial-iqtisadi inkişafa mənfi təsir gostərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə törətdiyini və cinayətkarlığın artmasına səbəb oduğunu xüsusi qeyd etdilər. Çıxış edən natiqlər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.

Mövzu ətrafında şagirdləri maraqlandıran suallara cavab verildikdən sonra narkomaniya ilə bağlı məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə Sabunçu Rayon Polis İdarəsi tərəfindən  Fəxri Fərmanlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi