"Sağlam həyat tərzi" mövzusunda seminar keçirildi

13 fevral 2025-ci il tarixində məktəbdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri nümayəndəliyindən Sosial iş üzrə mütəxəssis,psixoloq Aytəkin Məmmədova, Sosial iş üzrə mütəxəssis Aysun Kərimova, Sosial iş üzrə mütəxəssis Arzu Məmmədova, Sosial iş üzrə mütəxəssis Arzu Quliyeva 8-ci sinif şagirdləri ilə "Sağlam həyat tərzi" mövzusunda seminar keçirdilər. Seminarın məqsədi şagirdləri sağlam həyat tərzinin üstünlükləri barədə ətraflı məlumatlandırmaq idi. Sağlam həyat tərzi eyni zamanda möhkəm iradənin və sağlam psixologiyanın əsasıdır. İradəli və sağlam düşüncəli şagirdlər siqaret, alkoqolizm və narkomaniya kimi zərərli vərdişlərdən uzaq duracaq.

Mövzu ilə əlaqədar videoçarx nümayiş olundu. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi