"İdman həftəsinin" 3-cü günü

İdman həftəsinin 3-cü günü ilə əlaqədar məktəbin biologiya müəllimi Elnurə Nəbiyeva və fiziki tərbiyə müəllimi Mehriban Əliyevanın təşkilatçılığı ilə “Sağlam və qidalanma” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin 9-10-cu sinif şagirdləri iştirak etdilər. Müəllim orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğunu vurğuladı, uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi və s. müzakirə edildi.
"İdman həftəsi" çərçivəsində məktəbdə "Ən sürətli qaçış" yarışı keçirildi. 9-cu siniflər arasında təşkil edilən yarışda qaliblər müəyyən edildi. Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq! Daha sonra məktəbin 1-5-ci siniflərində rəsm müsabiqəsi keçirildi. Şagirdlər çəkdikləri rəsmləri nümayiş etdirdilər. İdman həftəsi davam edir.