"İdman həftəsinin" 2-ci günü

6 mart 2025-ci il tarixdə öncədən tərtib olunmuş proqrama əsasən "İdman həftəsinin" 2-ci günü, "İdman nailiyyəti olan idmançılarla görüş, "İdman viktorinası" və "Olimpiya oyunları uşaqların gözü ilə" bəndlərini reallaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirildi. Ayrı-ayrı siniflərdə fiziki tərbiyə müəllimləri və sinif müəllimlərinin təşkilatçılığı ilə viktorinalar keçirildi. 4-cü siniflər arasında keçirilən “idman viktorinasında ibtidai sinif müəllimi Aynur Əhmədovanın sinfi verilən sualları cavablandırdı, qaliblər müəyyən olundu. Məktəbin ibtidai sinif müəllimi Aynur Gözəlzadə öz şagirdləri ilə aplikasiyalar, idman növlərini əks erdirən maketlər hazırladılar, olimpiya oyunlarına aid əl işləri təqdim etdilər. İdman həftəsi davam edir.