"İdman həftəsi"nin 4-cü günü

"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq bu gün məktəbin idman zalında fiziki tərbiyə müəllimləri Səadət Gözəlzadə, Zəhra Şahbazova və Mehriban Əliyevanın təşkilatçılığı ilə VI-VIII siniflər arasında “Şən startlar” estafet yarışı keçirtdilər.
Məktəbin fiziki tərbiyə müəllimi Valeh Bayramoğlunin təşkilatçılığı ilə X siniflər arasında qol güləşi, VIII sinif qızları arasında basketbol yarışı keçirildi. Bugünki yarışlarda iştirak edən şagirdlərimizə uğurlu çıxışları münasibəti ilə təbrik edirik.