Reproduktiv sağlamlıq məşğələləri çərçivəsində seminar keçirildi

04.02.2025-ci il tarixində məktəbdə 8-ci sinif şagirdləri ilə (qızlar və oğlanlar ayrı olmaqla) reproduktiv sağlamlıq məşğələləri çərçivəsində "Zərərli vərdişlər: Siqaret" mövzusunda seminar keçirildi. Seminarın məqsədi şagirdlərə siqaretin insan orqanizminə və psixikasına vurduğu zərərlər və bu zərərlərin zamanında profilaktikası barədə geniş məlumat vermək idi. Seminarda məktəbin psixoloqu Arzu Əliyeva, UBR Xəyalə Məhərrəmova, məktəbin həkimi Nərgiz Zeynalova, məktəbin biologiya müəllimi Əzizə İbrahimova və hərbi rəhbər Telman Quliyev çıxış etdilər. Mövzu ilə bağlı slayd  nümayiş olundu. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi