Şəhid Aslan Rzayevin doğum günü qeyd edildi

08.02.2025-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayevanın təşkilatçılığı ilə H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində adına layiq olan, cəsur, qorxmaz, rəşadətli şəhid Aslan Rzayevin mövlud günü münasibətilə "Bir Ulduz Yandıqca" adlı tədbir keçirildi.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra isə bütün tədbirlərimizdə olduğu kimi şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin 2A sinfinin "Sülh" və 6A sinfinin "Zəfər" mövzusuna aid rəqs kompozisiyası təqdim edilib.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova da çıxışında Aslanın qəhrəmanlığından fəxrlə danışıb, valideynlərinə səbir arzulayıb. Daha sonra isə şəhid Aslanın müəllimləri Gülnarə Məmmədova və Zülfiyyə Quliyeva onun haqqında xatirələrini bölüşüb.
Həmçinin qazilər, şəhidimizin döyüş yoldaşları, məktəb və universitet yoldaşları da tədbirdə iştirak edib, çıxış ediblər.
Şəhidin valideynləri Süleyman Rzayev və Hafizə Rzayeva da qəhrəman oğulları haqqında qürurla fikirlərini bildiriblər.