Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir
15 yanvar 2025-ci il tarixdən məktəbdə I yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilməsinə başlanılmışdır. Böyük summativ qiymətləndirmə IV-XI siniflərdə yazılı və rəqəmsal formada keçirilir. Fənn metodbirləşmə rəhbərləri mövcud sual bankından seçilmiş suallar əsasında hazırlanmış test nümunələrinin müvafiq normalara uyğunluğunu yoxlayaraq təsdiq ediblər. BSQ–nin obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi tərəfindən komissiya yaradılıb. Artıq üçüncü tədris ilidir ki, rəqəmsal formada böyük summativ qiymətləndirmə təşkil edilir.