Məktəbdə "Ritm və yeni başlanğıclar" adlı musiqi yarışı keçirildi
7 yanvar 2025-ci il tarixində “Musiqi Xor” dərnəyinin musiqi rəhbəri Həmidə Fərzəliyevanın təşkilatçılığı ilə 5-ci siniflər arasında musiqi yarışması keçirildi. Bu yarışmada bütün 5-ci siniflər iştirak etdi. Musiqi yarışmasının məqsədi şagirdlərin musiqi qabiliyyətlərini göstərməsi, yaradıcılıqlarını nümayiş etdirmək və komanda işini inkişaf etdirilməsidir. Əvvəlcədən verilən 5 mövzudan birini seçərək hər sinif musiqili təqdimat hazırladı. Təqdimatlar canlı musiqi ifası, kompozisiya, vokal və instrumental nömrələr, musiqi və rəqs birləşməsindən ibarət idi.
Yarışma qaydalarına görə hər sinif 5 şagirdlə komanda yaradıb öz musiqi təqdimatlarını hazırladı. Hər təqdimat üçün ən az 5 maksimum 8 dəqiqə bir vaxt müəyyənləşdirildi.
Təqdimatları qiymətləndirmək üçün məktəb rəhbərliyi və müəllimlərdən ibarət jüri qrupu yaradılmışdı. Juri heyəti təqdimatları ifadə və təqdimat, yaradıcılıq və orjinallıq, əməkdaşlıq və zaman həddi təqdimatın düzgünlüyü meyyarları ilə qiymətləndirdi. Verilən ballar nəticəsində I yerə 5b, II yerə 5ə, III yerə isə 5c sinfi çıxdı. Diplomlarla təltif edildi. Qalan siniflər 5a, 5f, 5d, 5e sinifləri fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif edildilər.