DİN sistemində təhsil və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirildi
07.01.2025-ci il tarixində Bakı şəhəri Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının nümayəndəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşının iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsil və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilib.
Görüş zamanı şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada mövcud olan maddi-texniki baza haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmağın əhəmiyyəti vurğulanıb və onların sağlam ruhda böyüməsi üçün dəyərli tövsiyələr verilib.
Bu cür tədbirlər gənclərin hüquq-mühafizə orqanlarına marağını artırmaq və onların vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək məqsədi daşıyır.