Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş

Məktəbin qonağı incəsənət xadimi, nasir, dramaturq Baba Vəziroğlu olmuşdur. Bu məqsədlə məktəbin Azərbaydan dili və ədəbiyyat müəllimi Solmaz Aydəmirovanın təşkilatçılığı ilə poeziya günü keçirildi. Şairin öz şeirləri kompozisiya şəklində səsləndirildi. Şairin şeirlərinin sözlərinə yazılmış mahnılar şagirdlər tərəfindən ifa olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Gülnarə Hənifəyeva məktəb kollektivinə yaşatdığı xoş anlara görə Baba Vəziroğluya təşəkkürünü bildirib, şairə simvolik hədiyyə təqdim edib. Bu tədbir qonaqlar, müəllim kollektivi və şagirdlər tərəfindən yüksək qarşılandı.