Məktəbdə Mülki Müdafiə Gününə həsr olunmuş seminar keçirildi

Məktəbdə Mülki Müdafiə Gününə həsr olunmuş seminar keçirildi. Məktəbin mülki müdafiə üzrə qərargah rəhbəri İ.Bədəlova, qərargah rəhbərinin müavini T.Quliyev seminarın keçirilməsində  məqsədin şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət olduğunu vurğuladı. Həmçinin şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verildi. Seminar zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verildi. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi