BAKI DÖVLƏT TƏHSİL PEŞƏ MƏKTƏBİNDƏ AÇIQ QAPI GÜNÜ

Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Peşə Məktəbində Açıq Qapı Günü təşkil olunub.Tədbirin keçirilməsində əsas məqsəd mərkəzdə tədris olunan ixtisaslar haqqında ictimaiyyəti məlumatlandırmaq, həmçinin tələbələrin peşə bacarıqlarını nümayiş etdirmək olub.Tədbirdə əl işlərindən ibarət sərgi və podyum nümayiş olunub.Eyni zamanda Xəzər rayonundan bəzi ümumtəhsil məktəblərinin , o cümlədən 181 nömrəli tam orta məktəbin nümayəndələri də tədbirdə iştirak ediblər.
"Açıq Qapı Günü "peşə təhsilinə maraq göstərən şagirdlər,tələbələr, müəllimlər və əməkdaşlıqda maraqlı olan qurum və təşkilatlar üçün mühüm informasiya və əməkdaşlıq platforması rolunu oynayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi