"NAĞILLAR ALƏMİ"NƏ SƏYAHƏT

181 nömrəli məktəbin Azərbaycan bölməsi üzrə təhsil alan 2b sinif şagirdləri sinif rəhbəri Günel Almuradovanın rəhbərliyi ilə S.S.Axundovun "Qaraca qız" əsəri əsasında səhnələşdirilmiş eyni adlı teatr tamaşasına gediblər.

Müəllimin əsas məqsədi şagirdləri dərslikdə yer alan "Nağıllar aləmi"mövzusu ilə daha yaxından tanış etmək,təkcə oxuma və dinləmə ilə deyil,canlı səyahət vasitəsilə onlarda daha dərin təəssürat yaratmaq olub.

Şagirdlər ilkin mərhələdə nağılı sinifdə dinləyib,məkan,zaman və obrazlar haqqında ətraflı məlumat alıblar.Son mərhələ olaraq oxuyub-dinlədikləri əsəri səhnədə canlı olaraq izləyiblər.

Bilirik ki,nağıllar Azərbaycan folklorunun və uşaq ədəbiyyatının əsas tərkib hissəsi olaraq təxəyyülün formalaşmasında və inkişafında böyük rol oynayır.Bununla yanaşı şagirdlər həm də nağıllar aləminə səyahət etməklə tarixi,milli dəyərlərimiz, adət-ənənələrimizlə bir daha yaxından tanış olurlar.

Biz də öz növbəmizdə müəllimin şagirdlər üçün stimulverici və yaradıcı addımını alqışlayır,bu cür təşəbbüslərin davamlı olmasını arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi