"TARİXİ ABİDƏLƏR" ADLI EKSKURSİYA

Qədim tariximizi bilmək,onu gələcək nəsillərə ötürərək yaşatmaq hər birimizin mənəvi borcudur .Çünki hər bir xalqın kimliyi,yaradılış tarixçəsi,həyatda qalmaq üçün verdiyi mücadilələr onun tarixi abidələrində həkk olunaraq yaşayır.

Məhz bu amala xidmət edərək ibtidai sinif müəllimi Hicranə Fərzəliyeva 3ç sinif şagirdləri ilə tarixi ekskursiya təşkil edib.Ekskursiya zamanı Azərbaycanın şanlı zəfər tarixinin simgəsi olan Qənimətlər parkı,Odlar diyarı Azərbaycanımızın əvəzolunmaz abidəsi Atəşgah məbədi,Qız qalası,Şirvanşahlar sarayı və bir sıra digər abidələr ziyarət olunub.Təşkilatçı olaraq müəllimin əsas məqsədi şagirdləri tarixi abidələrlə tanış etmək,onlarda milli-vətənpərvərlik ruhunu formalaşdırmaq ,gələcəyimiz olan uşaqların tarixi köklərimizlə bağlılığını daha da möhkəmləndirmək olub .

Biz də öz növbəmizdə bu cür maarifləndirici ekskursiyaların təşkilini alqışlayır,davamlı olmasını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi