Nailiyyətlərimiz

Olimpiada qalibiRespublika Fənn Olimpiadasında Fizika fənni üzrə "Bürünc" medal qazanmış 181 nömrəli tam orta məktəbin 11C sinif şagirdi Şamil Məmmədovu təbrik edirik və daha da böyük nailiyyətlər arzu edirik. Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Məktəbin qalib yetirməsi  Hər bir təhsil müəssisəsi öz yetirmələri ilə qürur duyur.Xüsusilə də, Respublika Fənn Olimpiadasının birinciliyini qazana bilmiş yetirməsi ilə. Rəvan Babayev Azərbaycan dili və ədəbiyyat üzrə final birinciliyini qazanaraq məktəbin fəxri məzunu kimi dəyərləndirildi.  Bu qalibiyyət ona böyük əmək və zəhmətin sayəsində nəsib oldu. 9-cu sinifdə oxuyarkən II yeri əldə edərək təcrübə qazanan Rəvan 11-ci sinifdə artıq birincilik qazanacağına əmin idi. Rəvanın üzərində əməyi olan bütün müəllimlərə təşəkkür edirik. Rəvana isə gələcək təhsil yollarında uğurlar və hər zaman qalib olmağı arzulayırıq.

Olimpiada qalibiMəktəbin 9-cu sinif şagirdi Babayev Rəvan - Respublika Fənn Olimpiadasının final turunun qalibi (II yer) kimi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı. Rəvan məktəblərarası bilik yarışmalarında da hər zaman məktəbi uğurla təmsil edib. Artıq 10-cu sinif şagirdi olan Babayev Rəvana dərslərində uğurlar arzulayır və gələcəkdə də məktəbə yeni - yeni qalibiyyətlər gətirəcəyinə inanırıq.

HAQQIMIZDA

           Bakı şəhəri 181 nömrəli tam orta məktəb 1965-ci ildən fəaliyyət göstərir. Məktəb 2011...

BİZİM FƏXRLƏRİMİZ

Leyla Yusupova Arif

Kənan Babayev Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi