HAQQIMIZDA

           Bakı şəhəri 181 nömrəli tam orta məktəb 1965-ci ildən fəaliyyət göstərir. Məktəb 2011-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunub. 9 sentyabr 2011-ci il tarixdə əsaslı təmirdən sonra şəxsən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev məktəbimizdə olmuşdur. Məktəbin ilk direktoru Hüseynov Muxtar müəllim olmuşdur.Şagirdlərin təlim-tərbiyəsi ilə 123 müəllim məşğul olur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Aybəniz və ibtidai sinif müəllimi Əliyeva Sevda "Əməkdar müəllim" adı ilə təltif olunmuşlar. Məktəbin Azərbaycan dili müəllimi Aybəniz müəlllimə  ümumtəhsil məktəblərinin rus bölməsi üçün "Azərbaycan dilində imla və ifadə mətnləri" metodiki tövsiyəsinin müəllifidir. İbtidai sinif müəllimləri Əliyeva Sevda və Haşımova İradə "I-IV siniflərdə ana dili fənindən kurikulumun tətbiqinə dair müəllim üçün vəsait" in müəllifləridir. Pedaqoji kadrlarla görülən iş əsasən təhsil prosesinin humanistləşdirilməsi və demokratikləşdirilməsi prinsiplərinə yiyələnmiş, yaradıcı ustalığa malik müəllim şəxsiyyətinin təşəkkülünə yönəldilmişdir. Bu müəllim və rəhbər işçilərin müxtəlif müsabiqələrdə qazandıqları nailiyyətləri özündə əks etdirir. Dərs ili ərzində müəllimlərin əksəriyyəti yaradıcılıq axtarişları istiqamətində fəaliyyətə və müxtəlif ixtisasartırma kurslarına cəlb olunmuş, onlara innovativ proseslərin tətbiqi üçün şərait yaradılmışdır. 2017-2018-ci tədris ilində 68 sinifdə 1695 şagird komplektləşdirilmişdir. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə işləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi