FƏNN AYLIĞI ÇƏRÇİVƏSİNDƏ İLLİK YEKUN HESABAT.

Fənn aylığı çərçivəsində Texnologiya,Təsviri incəsənət, Bacarıqlı əllər və Toxuculuq dərnəyinin illik yekun hesabatına həsr olunmuş möhtəşəm tədbir keçirilib.Tədbirdə direktor Təhmasib Məmiyev başda olmaqla : AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı Faiq İsmayılov,Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli ,2 nömrəli Xüsusi İnternat məktəbinin psixoloqu Günəş Əlizadə və digər qonaqlar iştirak ediblər.
Fənn müəllimləri Zülfiyyə Salahova,Şöhlə Hüseynova və Nigarxanım Hüseynovanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə şagirdlər bir-birindən fərqli və maraqlı nömrələrlə çıxış ediblər.Şüvəlan Mədəniyyət evinin "Məşəl"rəqs qrupu,məktəbin "Qarabağ"ansamblı,və şagirdlərin kanon ,saz,qarmon,kamança alətlərində ifası tədbirə xüsusi rəng qatıb.
Təşkil olunmuş satış sərgisində şagirdlərin toxuma,tikmə üsulu ilə hazırladığı əl işləri,rəsm əsərləri,suvenirlər,hətta valideynlərin əl işləri nümayiş olunaraq satışa çıxarılıb.
Yekun mərhələ olaraq direktor Təhmasib Məmiyev tədbir haqqında öz təəssüratlarını bölüşüb və hər bir iştirakçını Fəxri fərmanla təltif edib.