"DOSTLUQ YARIŞI"

07.05.2025 -ci il tarixində təhsil ocağımızda Azərbaycan bölməsi üzrə 8-ci sinif şagirdləri arasında "Dostluq yarışı"keçirilib."Zəfər","Qaliblər","Zirvə" adı altında yarışa qatılan komandalar müxtəlif fənlərə və dünyagörüşünə aid suallarla sınağa çəkiliblər.
Yarışın təşkilində əsas məqsəd şagirdlərin intellektual səviyyələrini yoxlamaq,paralel siniflər arasında sağlam rəqabət formalaşdırmaq, şagirdlərin sosiallaşmasını təmin etmək olub.
Qarşılaşmanın sonunda hər bir iştirakçı mükafatlandırılıb.