Qərbi Azərbaycan İcması-Xəzər rayon nümayəndəliyi

22 may tarixində Xəzər rayon QAİ-nin üzvləri 181 nömrəli məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirib. Görüşün əsas məqsədi tarixə nəzər salaraq 1918-1920-ci illərdə erməni təcavüzkarları tərəfindən Qərbi Azərbaycan torpaqlarının etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalması barədə məktəbliləri məlumatlandırmaq olub.

Tədbirə Dövlət Himninin səsləndirilməsi və Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan Xəzər RİH-in nümayəndəsi Çərkəz Tanrıverdiyev bildirib ki, tarixin bir çox mərhələsində olduğu kimi, XX əsrin əvvələrində də erməni təcavüzkarları azərbaycanlılara qarşı mənfur siyasət aparmış, ölkəmizi talan edərək, soyqırım hadisələri törətmidir. 1988-ci ildə həmvətənlərimizin Qərbi Azərbaycan torpaqlarından zorla köçürülməsi və Birinci Qarabağ müharibəsi zamanı baş verən erməni işğalı ümumilikdə Ermənistanın vandalizm aktının göstəricisidir.

Daha sonra çıxış edən QAİ-nin Xəzər rayon nümayəndəsi Alı Alıyev qeyd edib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər, bundan sonra da istəklərinə nail ola bilməyəcəklər.

Daha sonra çıxış edən 181 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyev qeyd edib ki, tarixi mənbələr və digər faktlar göstərir ki, İrəvan şəhəri qədim diyarımız olan İrəvan xanlığının paytaxt şəhəri idi. Dərələyəz,Göyçə, Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqları olmuş və əzəldən bu torpaqlarda azərbaycanlılar yaşamışdır. Ona görə də bütün Azərbaycan gəncliyi tarixi həqiqətləri düzgün öyrənməli və bu istiqamətdə üzərinə düşən vəzifəni, yəni vətəndaşlarımız arasında tarixi maarifləndirici təbliğat işlərini layiqincə yerinə yetirməlidir. Biz inanırıq və əminik ki, yaxın gələcəkdə öz tarixi torpaqlarımıza- Azərbaycanın qərbində yerləşən diyarımıza geri qayıdacağıq.

Sonda məktəbin tarix müəllimləri Həmid Abasov və Arzu Yaqubova mövzu ətarfında tarixi faktlardan nümunələr gətirərək geniş nitq söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi