28 MAY- MÜSTƏQİLLİK GÜNÜ

Bu əlamətdar günün şərəfinə təşkil olunmuş tədbirlər sırasında ibtidai sinif şagirdlərinin və müəllimlərin rolu danılmazdır.
Yasəmən Yusubova və 3c sinif şagirdləri,Səadət Haşımova və 1a sinif şagirdləri,Günel Əhmədova və 1ç sinif şagirdləri, Hicranə Fərzəliyeva və 3ç sinif şagirdləri silsilə tədbirlərlə bayram ab-havasını daha da yüksəldiblər.Şanlı tariximizə həsr olunmuş musiqi və rəqs nömrələri, qəhrəmanlıq ruhunda qurulmuş müxtəlif səhnəciklər,vətənpərvərlik mövzusunda şeirlər tədbirlərə daha da maraq qatıb.