28 MAY- MÜSTƏQİLLİK GÜNÜ

Müstəqillik Günü-müsəlman şərqində ilk demokratik dünyəvi dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixdir.Bu tarix Azərbaycanda bayram kimi qeyd olunur.
181 nömrəli tam orta məktəbin rus bölməsi üzrə təhsil alan 8d sinif şagirdləri sinif rəhbəri Dilarə Əliyevanın təşkilatçılığı ilə tarixi günə həsr olunmuş tədbir keçiriblər.Dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə tədbir açıq elan olunub .
Tədbirdə şagirdlər Azərbaycan xalqının müstəqillik uğrunda verdiyi mücadilələr,keçdiyi keşməkeşli yollar,həmçinin dövlət quruculuğunda müstəsna rolu olmuş siyasi xadimlər haqqında geniş təqdimatlar hazırlayıb,videoçarxlar nümayiş etdiriblər.
Biz də öz növbəmizdə xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edir, azadlığımızın ,dövlətçiliyimizin əbədi və sarsılmaz olmasını arzu edirik!