Fizika dərsində təqdimat

29.11.2019-cu il tarixində məktəbimizin 9-cu siniflərində fizika dərsindən təqdimat keçirildi.  Təqdimatın mövzusu “Elektrik cərəyanının təsiri” idi. Mövzuya əsasən şagirdlər cərəyanın ən mühüm təsirlərindən: istilik təsiri, kimyəvi təsiri, maqnit  təsiri və öldürücü təsirindən danışaraq hazırlanmış təqdimatları nümayiş etdirdilər. Sonra siniflər nano-texnologiyalara müraciət edərək  mövzuya uyğun araşdırmalar apardılar. Siniflər təqdimatlara xüsusi bədiilik qatmaq üçün səhnəciklərə də yer verdilər. Beləki, məşhur fizikləri canlandıran şagirdlər təqdimata xüsusi maraq qataraq hər kəsi təəccübləndilər. Sonra təqdimatlar münsiflər tərəfindən qiymətləndirildi. Yekdil qərarla 1-ci yerə 9b və 9ç sinfləri,2-ci yerə 9d, 3-cü yerə isə 9c sinfi layiq görüldü . Bütün şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi