Kimya ongünlüyü
Məktəbimizdə kimya ongünlüyü çərçivəsində nəzərdə tutulmuş müxtəlif mövzularda maraqlı kimya dərsləri keçirilir. Həmin dərslərdən biri də 27.11.2019-cu il tarixində 8ç sinfində “Turşuların xassələri” mövzusunda keçirilən dərs idi. Dərs zamanı şagirdlər turşu və qələvi maddələrinin xassələrini öyrənmək üçün praktik təcrübələr apararaq bu biliklərə daha da dərindən yiyələndilər . Təcrübələr əsasında onlar maddələrin tərkibinin və rənginin dəyişməsini sınaqlar əsasında müşahidə edilər. Kimya ongünlüyündə qarşıya qoyulmuş əsas məqsəd kimyəvi təcrübələri genişləndirməklə şagirdlərin əyani biliklərini möhkəmləndirmək, onların bu fənnə olan maraqlarını artırmaq və kimya fənninin həyatımızda nə qədər böyük rol oynadığını şagirdlərə aşılamaq idi.