“Ekoklub” üzvləri “Yarat” Müasir İncəsənət Məkanında

Məktəbimizin  “Ekoklub”un üzvləri 26.11.2019-cu il tarixdə “Yarat” Müasir İncəsənət Məkanının Rəngkarlıq muzeyinin yeni ekspozisiyası ilə tanış oldular. “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə ötən əsrin əvvəllərində Azərbaycanda milli rəngkarlıq sənətinin inkişaf tarixi, görkəmli rəssamlar, yazıçılar, şairlərin həyat və yaradıcılığı haqqında maraqlı stendlər nümayiş etdirildi.Ekoklub üzvləri sərgidə milli təsviri incəsənətin təşəkkülü, peyzaj, qrafika, karikatura, portret, natyumort və digər janrlarda yaradılan dahi sənətkarlıq əsərləri ilə tanış oldular. Görkəmli rəssamlar Əzim Əzimzadə, Bəhruz Kəngərli, Salam Salamzadə, Qəzənfər Xalıqov və digər sənətkarların müxtəlif dövrlərdə yaratdığı əsərlərdə azərbaycançılıq, vətənpərvərlik və humanizm ideyaları böyük ustalıqla tərənnüm edilmişdi.  Ekspozisiya haqqında məlumat verildikdən sonra şagirdlər iki qrupa ayrılaraq interaktiv çalışmaları yerinə yetirdilər. Sərgi iştirakçıları təqdim olunan rəsmlər və suallar əsasında sərgidə nümayiş etdirilən sənət əsərlərini axtarıb təyin edərək öyrəndikləri məlumatları qeyd etdilər. Ekoklub üzvləri yeni təəssüratlar və xatirə foto-şəkilləri ilə sərgidən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi