Şagirdlərimiz "Ölkəmizi tanıyaq" tur-aksiyasında

Noyabrın 18-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-X-XI məktəbliləri , eləcə də məktəbimizin şagirdləri “Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşərək tarixi məkanlarla, yeni tikililərlə, adət-ənənələrlə yaxından tanış oldular. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən tur-aksiyası ənənə halı alaraq şagirdlərə dərsliklərdə gördükləri, oxuduqları yerləri əyani şəkildə görmək şansını yaratdı. Bu tur-aksiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərə Azərbaycanın səfalı yerlərini , tarixi abidələrini, mədəni sərvətlərini göstərməklə onlarda milli vətənpərvərlik hisslərini aşılamaq və məmləkətimizin hər qarış torpağını sevdirmək idi. Şagirdlərimiz tur-aksiya çərçivəsində “Nizami məqbərəsində”, “Göygöl Milli parkında” , “H.Əliyev parkında” və bir sıra tarixi muzeylərdə olaraq oradakı maddi mənəvi sərvətlərimizlə, səfalı təbiətlə sıx təmasda oldular. Onlar bu tur-aksiyadan xoş təəssuratla Bakıya qayıtdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi