“Ekoklub” üzvləri “Caspian Ecology” Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində

 Məktəbimizin “Ekoklub” üzvləri 14 noyabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 10-cu yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində ekskursiyada iştirak etdilər. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə təşkil olunmuşdur. 10 ölkəni təmsil edən 50-dən artıq təşkilat sərgidə ekoloji təmiz məhsulların istehsalı və ətraf mühitin qorunması üzrə ən son elmi-texniki nailiyyətlərini nümayiş etdirirdi.“Ekoklub” üzvləri olan VII və IX sinif şagirdləri ilk öncə Bakı Ekspo Mərkəzinin foyesində nümayiş olunan “Tullantıdan sənətə” ekspozisiyasında “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantıları- köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, polietilen paketlərdən hazırlanmış pannolar, xüsusən də okeanları çirkləndirən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina ilə tanış oldular.Ətraf mühitin mühafizəsi, tullantıların emalı üçün avadanlıqlar, təbii ehtiyatlardan davamlı istifadəsi, bərk tullantıların təkrar email, mühitə zərərsiz inşaat material və texnologiyaları, təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətli ekoloji stendlər gənc ekoloqların diqqətini daha çox cəlb etdi. Gənc ekoloqlar sərgidə iştirak edən ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq və milli ekoloji təşkilatların mütəxəssisləri ilə görüşüb söhbət etdilər. Gənc ekoloqlar  “IDEA” İctimai birliyinin (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) stendində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən ekoloji layihələrlə tanış oldular. Müasir texnlogiyaların köməyi ilə  Afrika savannasına virtual səyahət edərək, nadir vəhşi heyvanları müşahidə etdilər.  Ekoloji siyasət şöbəsinin əməkdaşları ilə görüşdə gənc ekoloqlar ETSN facebook səhifəsi üçün müsahibə verərək Azərbaycanınn misilsiz təbiət zənginliklərinin gələcək nəsillər üçün qorunub saxlanması naminə hər kəsin məsuliyyətli olduğunu və ətraf mühitə qayğıkeş münasibətin vacibliyini vurğulayaraq, sərgi iştirakçılarına “Təbiəti dəyişmə, özünü dəyiş!” deyə müraciət etdilər. Ətraf Mühit Sərgisi iə tanışlıq “Ekoklub” üzvlərində yadda qalan təəssüratlar oyatmaqla yanaşı, onların ekoloji biliklərinin artırılmasına imkan yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi