Məktəbimizdə “Sevginin 5 dili” adlı öyrədici seminar keçirildi
Martın 4-də “Məktəb İcması” layihəsi çərçivəsində ukraynalı biznes-təlimçi Kseniya Borisovanın “Sevginin 5 dili” adlı öyrədici seminarı təşkil olundu. Seminar valideynlər, şagirdlər və müəllimlər üçün nəzərdə tutulmuşdu. Kseniya Borisovanın təşkil etdiyi bu seminar məşhur amerika psixoloqu Qari Çapmanın nəzəriyyəsi əsasında idi.Bu nəzəriyyəyə görə hər insan üçün sevgi müxtəlifdir. Semnarda sevginin fərqli şəkildə ifadə edilməsi və 5 sevgi açarının nədən ibarət olduğu haqqında danışıldı. Seminarda uşaqlarda özünə inamın formalaşmasında səmimi, etibarlı ailə mühitinin vacibliyindən, uşaqlara göstərilən sevgiyə və zamana kifayət qədər vaxt ayrılmasından söhbət açıldı. Beləliklə, “Sevginin 5 dili” seminarı bütün dinləyicilərə düzgün istiqamətlər seçməkdə kömək etdi.