"Qanunlarımızın Təməli"-Konstitusiya Gününə həsr olunmuş tədbir

12.11.2019-cu il tarixində məktəbimizdə Konstitusiya  Gününə həsr olunmuş tədbir keçirildi. “ Qanunlarımızın təməli “ adlı tədbir 4ə sinfində aparıldı. Şagirdlər dövlətin əsas qanun kitabının tarixindən danışdılar. Dövlət quruculuğunun əsasını təşkil edən Konstitusiyanın bölmələrindən , maddələrindən məlumat verdilər. Şagirdlər bütün qanunların məhz qanunların təməli olan Konstitusiyadan qaynaqlandığını vurğuladılar. Vətəndaşlıq hüququndan , uşaq hüquqlarından danışan şagirdlər həmin qanunların onların həyatındakı əhəmiyyətini qeyd etdilər. Sonra Şagirdlər müxtəlif rəqs və ifalar ilə tədbiri yekunlaşdırdılar. Tədbirdə iştirak edən direktor Rəna Süleymanova şagirdlərə Konstitusiyanın dövlətçiliyimiz üçün əhəmiyyətini vurğulayaraq qanunlarımızın təməlinə sadiq qalmağı tövsiyyə edib  tədbiri yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi