“Qürubların qızıl rəngi” adlı bədii tədbir

08.11.2019-cu il tarixində  4e sinfində Dövlət  Bayrağı Gününə  həsr olunmuş  “Qürubların qızıl rəngi” adlı bədii tədbir keçirildi. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Şagirdlər Dövlət bayrağının yaranma tarixindən , bayrağımızın müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğundan danışdılar. Tədbirdə 90-cı illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bayrağımızın müstəqil dövlətimizin üzərində dalğalanmasının şərəfli bir hadisə olduğu vurğulandı. Hazırlanan xüsusi  şeirlər, kompozisiyalar, üçrəngli bayrağımızın rənglərini əks etdirən geyimlərlə hazırlanan rəqslər tədbirə xüsusi rəng qatdı. Xüsusi rəqs nömrəsində şagirdlər rəqs edərək üçrəngli bayrağı, aypara və səkkizguşəli ulduz formasını yaratdılar. Sonda tədbir iştirakçıları şagirdlərə təşəkkür edərək dövlətimizin əlamətdar gününün qeyd olunmasının vətənpərvər şagirdlərimiz üçün əhəmiyyətli olduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi