“Qan Ləkəli Qürurumdur Bayrağım” adlı “talk show”
Ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Dövlət Bayrağı Günü qeyd olunmuşdur. Bizim məktəbdə də bir sıra silsilə tədbirlər keçirildi. Bunlardan biri də 9-10-cu siniflərdə “Qan Ləkəli Qürurumdur Bayrağım” adlı “talk show” proqramı idi. Şagidlər “Cinayət etməklə tarix yazmaq olarmı ?” motivasiya sualı ilə başlayan söhbətə bir mənalı yanaşmayaraq müxtəlif fikirlər söylədilər. Tarixin müəyyən dövrlərində baş verən hadisələrdən faktlar gətirən şagirdlər sonda erməni əsilli hərbiçinin bayrağımızı təhqir etdiyi üçün qətlə yetirən Ramil Səfərovun şücaətindən danışdılar. Hadisənin Azərbaycan tarixində qoyduğu izdən və Ramil Səfərovun bayrağımıza olan sevgisinin necə tarix yazdığından danışdılar. Şagirdlər nəin ki, bu hadisədən , milli qəhrəmanlarımızın hər zaman qürur mənbəyinə çevrilən, bayrağımız uğrunda canlarından keçməyə hazır olan , üçrəngli bayrağımızla tarix yazdıqları günlərdən söhbət açdılar. Daha sonra mövzu ətrafında müzakirələr davam etdirildi. Sonda məktəb direktoru Rəna Süleymanova şagirdlər arasında dövlət rəmzlərinin təbliği istiqamətində aparılan silsilə tədbirlərinin vacibliyindən danışaraq “talk show” da iştirak edən şagirdlərə təşəkkürünü bildirdi.