Bilik yarışı
01.11.2019-cu il tarixində riyaziyyat aylığı ilə əlaqədar 5-ci siniflər arasında bilik yarışı keçirildi. Bilik yarışı 3 turdan və biri 3 sualdan ibarət olan 3 mərhələli yarış idi. Bu yarışda məktəbimizin 5-ci sinif şagirdləri 5a, 5b, 5c, 5ç, 5d və 5e siniflərinin şagirdləri 6 nəfərdən ibarət komanda ilə iştirak edirdilər. Şagirdlərə riyazi bilik və bacarıqlarını yoxlamaq üçün maraqlı, əyləncəli suallar slaydlar şəklində təqdim olundu. Yarışmanın məqsədi şagirdlərimizdə məntiqi suallarla işləmək bacarığını inkişaf etdirmək idi. Münsiflər heyyətinin qərarı ilə 5ç sinfi I yer, 5d sinfi II yer, qalan siniflər III yerə layiq görüldü.Bununla da riyaziyyat aylığı başa çatdırıldı.