Təqdimat

01.11.2019-cu il tarixində Riyaziyyat aylığı çərçivəsində məktəbimizin 8-ci sinifləri arasında “Hər addımda riyaziyyat” adlı təqdimat müsabiqəsi keçirildi. Siniflər 5 nəfərdən ibarət komanda ilə müsabiqədə iştirak etdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərə riyaziyyat elminin həyatda mühüm rolunu göstərmək, hər bir insanın inkişafında, yaşam tərzində əhəmiyyətli olduğunu bildirmək idi. Müsabiqə şərtlərinə slaydların rəngarəngliyi, dolğun informasiya , riyaziyyatın həyatla əlaqəsinin maraqlı şəkildə təqdiminin fərqləndirilməsi daxil idi. Münsiflər heyyətinin qərarı ilə 8b və 8d sinifləri I yer, 8ç sinfi II yer , 8a,8e sinifləri III yerə layiq görüldülər. 8c sinfi isə təşəkkürnamə ilə qiymətləndirildi. Şairdlərimizə bütün dəslərində  uğurlar arzulayırıq.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi