Əyəncəli riyaziyyat dərsləri
Riyaziyyat aylığı çərçivəsində növbəti əyləncəli dərslər keçirildi. Verilmiş mövzular əsasında riyazi nağıllar formatında 6-cı siniflərdə əyləncəli dərslər aparıldı. 25.10.2019-cu il tarixində VId sinfində “Turpun nağılı” mövzusunda əyləncəli riyazi dərs , 29.10.2019-cu il tarixində VIc sinfində “Ağca və cırtdanlar” başlığı altnda riyaziyyat dərsi keçirildi. Dərsin məzmununa əsasən cırtdan personajında olan şagirdlər Ağcanı xilas etmək üçün riyazi məsələləri həll etdilər. Məsələlərin əsasını Adi onluq kəsrlər üzərində əməllər təşkil edirdi. Riyaziyyat aylığı çərçivəsində yekun əyləncəli dərslərdən biri də 31.10.2019-cu il tarixində VIç sinfində keçirildi. Əyləncəli dərsin adı “Qırmızı papağın nağılı” adlandırılmışdı.Nağılın personajları verilən riyazi məsələləri, tənlikləri onlara verilən düsturlar əsasında həll etməklə əyləncəli nağılı başa çatdırdılar. Dərslərin bu üsulla keçirilməsi həm şagirdlərin , həm də iştirak edənlərin marağına səbəb oldu. Şagirdlərin personajlara uyğun geyimləri dərsə xüsusi bir ahəngdarlıq qatmışdı. Keçirilən bu dərslərdə iştirak edən müəllimlər, direktor müavinləri və direktor Rəna Süleymanova riyaziyyat dərslərinin bu formatda keçirilməsinin nəticələrinin müsbət olduğunu vurğulayaraq şagirdlərə növbəti dərslərində uğurlar arzuladı.