Təcrübə dərslər

Riyaziyyat aylığı çərçivəsində 6-cı siniflərdə əyləncəli dərslərin keçirilməsi qərara alınmışdır.Bu məqsədlə siniflər üzrə keçiriləcək mövzular paylanmışdır.  Riyaziyyat dərslərinin bu qaydada keçirilməsi ilə dərslərin daha maraqlı olması,  şagirdlər üçün yadda qalan olması  və riyazi biliklərin mənimsənilməsində əlverişli bir üsul olması ilə səciyyələnir. 23.10.2019-cu il  tarixində VIA sinfində “Qoğal nağılı” başlığı altında əyləncəli riyazi dərs keçirildi. Dərsin formatına uyğun olaraq Qoğal şagirdlərin hər birinə ƏBOB, ƏKOB, ixtisarlar,məntiqi məsələlər, misallar və digər  riyazi suallar verərək onların riyazi savadlılığını yoxlayırdı.  Şagirdlər nağılın bir neçə personajlarını nümayiş etdirərək dərsi daha da maraqlı etdilər . 

   28.10.2019-cu il tarixində VI B sinfində riyazi nağıl formatında açıq dərs keçirildi.Sinfin təqdim etdiyi açıq dərsin adı “Maşa və Ayı” idi. Dərsin mövzusu ƏBOB və ƏKOB-un şagirdlərə riyazi nağıl formasında keçirilməsi idi. Mövzu muasir təlim üsullarına uyğun olaraq keçirildi və həyati situasiyalara salınmaqla daha da möhkəmləndirildi.  Əyləncəli dərslərdə məktəb direktoru, direktor müavinləri , məktəblinin dostları və fənn müəllimləri iştirak etdilər. Dərsin sonunda Rəna Süleymanova dərslərin uğurlu keçirildiyini bildirdi və şagirdlərə dərslərində müvəffəqiyyət arzulayaraq bu formatda dərslərin keçirilməsinin üstünlüklərindən danışdılar.Sonda şagirdlər xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi