5-ci siniflərdə monitorinq
26.10.2019-cu il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbimizin 5-ci sinif şagirdləri arasında monitorinq keçirilmişdir. Təhsil sahəsində aparılan monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsinə və onun idarə olunmasını daha da asanlaşdırır . Üç fənn üzrə aparılan qiymətləndirmə şagirdlərin tədris dili, riyaziyyat , xarici dil bacarıqlarını və biliklərini yoxlamağa xidmət edirdi. Monitorinqin aparılmasında əsas məqsəd təhsil keyfiyyətini müəyyən etmək və onun inkişafını təyin etməkdir . Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanmış testlər vasitəsilə qiymətləndirmə həyata keçirilmişdir. Monitorinq nəticələrinin bir neçə gün ərzində elan olunması nəzərdə tutulur.