9-cu siniflərdə monitorinq
19.10.2019-cu il tarixində Bakı Şəhər Təhsil İdarəsi tərəfindən məktəbimizin 9-cu sinif şagirdləri arasında monitorinq keçirildi. Monitorinqin aparılmasında əsas məqsəd təhsil keyfiyyətini müəyyən etmək və onun inkişafını təyin etməkdir. Üç fənn üzrə aparılan qiymətləndirmə şagirdlərin Azərbaycan dili, riyaziyyat , xarici dil bacarıqlarını və biliklərini yoxlamağa xidmət edirdi. 9-cu siniflərdə qiymətləndirm BTŞİ tərəfindən hazırlanmış testlər vasitəsilə həyata keçirilmişdir. Ümumiyyətlə təhsil sahəsində aparılan monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsinə və onun idarə olunmasını daha da asanlaşdırır . Monitorinq nəticələrinin bir neçə gün ərzində elan olunması nəzərdə tutulur.